Bakının Suraxanı rayonunda 1966-cı il təvəllüdlü Ravil Baybəyov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovu öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ravil narkotik vasitə aludəçisi olan tanışı Fəxrəddinin 29 mart 2022-ci ildə, saat 11 radələrində birlikdə yaşadıqları ünvanında narkotik vasitə tələbatı səbəbi ilə bədənində olan ağrılarla əlaqədar evdə qışqıraraq səs-küy saldığı üçün ona sakitləşməsinə dair bildirdiyi irada görə aralarında mübahisə yaranıb.
Fəxrəddinin onun ünvanına nalayiq ifadə işlətməsini bəhanə edən Ravil mənzildə stolun altında olan mətbəx bıçağını götürüb və həmin bıçaqla Fəxrəddin Əsədovun döş qəfəsinə xəsarətlər yetirib. Fəxrəddin aldığı xəsarətlərdən vəfat edib.
Hadisəni törədən Ravilin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ravil ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, “Faxı” kimi çağırdığı Fəxrəddini əslində öldürmək niyyətində olmayıb: “Hadisə özüm də istəmədən ölümlə nəticələnib. Fəxrəddini təxminən üç il əvvəldən Suraxanı rayonu ərazisində yaşayan bir insan kimi tanımışam. Onun narkotik vasitə istifadəçisi olduğunu öyrəndikdən sonra aramızdakı münasibət yaxınlaşdı. Birlikdə dəfələrlə narkotik vasitə istifadə etmişik. Özüm tutulmazdan üç il əvvəldən başlayaraq "kakos" adlı narkotik vasitədən istifadə etmişəm. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olub. Sonra avtomobilini satıb. Danışmasından bilmişəm ki, Fəxrəddinin ailəsi dağılıb, arvad-uşağı onu ataraq hansısa xarici ölkəyə köçüb. Fəxrəddin arabir pul götürmək üçün bacısının yanına getdiyindən yalnız bacısının Bakı şəhərində yaşadığını bilmişəm. Özüm əsasən ev təmiri üzrə usta kimi işləmişəm və çörək pulu əldə edə bilməm üçün imkan olanda Fəxrəddini də yanımda işləməyə aparmışam. Fəxrəddin mənə qalmağa, yaşamağa yerinin olmadığını dedi. Mən də ürəyim yandığı üçün kömək etmək qərarına gəldim. Onu öz evimə apardım və yanımda yaşamasına razılıq verdim. Evi çox kiçikdir, otağıma bir çarpayı, bir divan və bir kreslo yerləşdirə bilmişəm. Özüm çarpayıda, Fəxrəddin isə divanda yatıb. Evində yaşamasının müqabilində Fəxrəddindən heç bir halda pul almamışam. Əksinə, yemək-içmək məsələsini də çox vaxt özüm həll etmişəm. Çox kasıb vəziyyətdə olan Fəxrəddinə hər cür köməklik göstərmişəm. Tam pulsuz olanda cib xərcliyini də vermişəm. Faktiki əlacsız vəziyyətdə küçədə qalmış bu insana sahib çıxmışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 28 mart 2022-ci ildə, axşam saat 19 radələrində Fəxrəddin ikisi üçün də “kakos” alaraq gətiribş, onlar evdə birlikdə həmin narkotik vasitədən istifadə ediblər: “Martın 29-da, saat 8 radələrində səhər yuxudan oyanıb çay içdim. Həmin vaxt Fəxrəddin də oyandı və birlikdə çay içməyə başladıq. Sonra yenidən hərə öz yatağına gedərək uzandı. Saat təxminən 10 radələrində Fəxrəddin narkotik vasitəyə ehtiyacı olduğunu, bu səbəbdən də ağrıdığını bildirdi. Amma narkotik vasitə almağa pulumuz olmadı. Bundan sonra Fəxrəddin yenə də ağrıdığı üçün evin içində səbəbsiz yerə qışqırdı. Mən də səs-küyünə görə Fəxrəddinə irad bildirdim, sakit olmasını tələb etdim. Amma Fəxrəddin sözlərimə məhəl qoymayaraq yenə də evin içində qışqırmağa davam etdi. Yenidən Fəxrəddindən sakit olmasını tələb etdikdə sonuncu məni təhqir edərək ünvanıma nalayiq söz işlətdi. Fəxrəddinin həmin nalayiq sözü mənə pis təsir etdi. Özlüyümdə gələrək evimdə yaşayan şəxsin hələ bir üstümə qışqırıb təhqir etməsini düşündüm. Bu hərəkətini beynimdən keçirdim və qəzəbləndim. Ona görə də uzandığım yerdən qalxaraq Fəxrəddinin üstünə getdim. Onu itələyərək sakit olmasını tələb etdimr. Fəxrəddin də qışqıraraq bir daha məni təhqir etdi. Həmin an əsəbləşdim və Fəxrəddinin yatdığı divanın qarşısında olan masanın alt hissəsindən mətbəx bıçağını götürərək onun bədəninə bir dəfə zərbə vurdum. Həmin vaxt Fəxrəddin mənə baxaraq “nə etdin, Ravil?” sözlərini dedikdə sanki ayıldım. Dərhal bıçağı Fəxrəddinin bədənindən çıxartdım”.
Ravil qeyd edib ki, daha sonra Fəxrəddin öz köynəyini qaldırıb, onun bıçaq vurduğu yerə baxıb və yerə yıxılıb: “Dərhal bıçağı yerə tulladım, etdiyim əməldən peşman oldum. Fəxrəddinin yarasının üzərinə qoymaq üçün ağ rəngli parça gətirdim. Mobil telefonum olmadığına görə təcili yardıma zəng etməklə bağlı qonşulardan kömək istəmək üçün evdən çıxdım. Evdən çıxmazdan əvvəl Fəxrəddinlə birlikdə narkotik vasitə qəbul etmək üçün istifadə etdiyimiz iynələri və digər zibilləri paketə yığdım. Fəxrəddini vurduğum bıçağı gödəkçəmin cibinə qoydum və çölə çıxdım. Zibilliyə çatmamış həmin paketi yolda tulladım. Həmin vaxt itini gəzdirən yeznəm Rəfkəti bir qədər aralıda gördüm və mənə əli ilə ürəyini işarə edərək təcili yardım çağırmasını xahiş etdim. Amma yeznəm mənə əhəmiyyət vermədi, aralanaraq getdi. Dərhal qonşuluqda yaşayan Pərvazın evinə gedərək evində adam öldüyünü bildirdim, təcili yardıma zəng etməsini istədim. Amma Pərvaz telefonunda konturun olmadığını dedi. Bundan sonra yoldan keçən tanımadığım bir nəfərlə rastlaşdım və evimdə qalan tanışımın özünü bıçaqla vurduğunu dedim, təcili yardım çağırmasını istədim. Həmin şəxs də zəng edərək təcili yardım çağırdı. Mən tanımadığı həmin şəxsin qorxmaması üçün yalandan evdəki şəxsin özü-özünü bıçaqladığını bildirdim. Təxminən 20 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəldi. Mən də qarşılayaraq evə gətirdim. Təcili yardım gəldikdən bir müddət sonra polislər gəldi. Mən Fəxrəddinin öldüyünü bildirdim, hadisəni polislərə danışdım. Evin qarşısına adamların toplaşmasına və səsə görə çölə çıxan bacıma da Fəxrəddini nəzərdə tutaraq “onu vurdum" sözlərini dedim. Əvvəllər mərhum Fəxrəddinlə heç bir dava-dalamız olmayıb. Fəxrəddini öldürmək məqsədi ilə vurmamışam. Sadəcə hadisə anında Fəxrəddini sakitləşdirə bilmədiyimə və məni söydüyünə görə çox əsəbləşmişəm. Hərəkətlərimə nəzarət edə bilməyərək bıçağa əl atmışam. Törətdiyim əməldən çox peşmanam. Fəxrəddini heç bir halda öldürmək istəməzdim. Hadisə tam təsadüfdən baş verib. Hadisədən dərhal sonra Fəxrəddinin həyatda qalması üçün bacardığım hər şeyi etməyə cəhd göstərmişəm”.
İş üzrə zərərçəkmiş Fəxrəddinin hüquqi varisi qismində ifadə verən bacısının sözlərinə görə, onlar ailədə yeddi uşaq olublar, mərhum qardaşı Fəxrəddin təbiətcə çox sakit bir insan olub: “Fəxrəddin Aqrar Universitetini bitirib, təxminən 2000-ci ildən etibarən Bakı şəhərində yaşayıb. Fəxrəddin təxminən qətl hadisəsindən üç il əvvəl həyat yoldaşından boşanıb, oğlu Bakı şəhərində qalsa da, arvadı və qızı İngiltərəyə köçüblər. Fəxrəddin əvvəllər taksi fəaliyyəti ilə məşğul olsa da, sonradan insult keçirdiyinə görə heç yerdə işləməyib, tüfeyli həyat tərzi keçirməyə başlayıb. 5-6 ildən artıq müddətdə narkotik vasitə aludəçisi olub. Buna görə Fəxrəddin üç dəfə Maştağa qəsəbəsində yerləşən xəstəxanada narkomaniyadan stasionar müalicədə olub. Qardaşım boşandıqdan sonra kirayədə yaşamağa başladı. Sonradan isə Ravil adlı tanışı ilə birlikdə yaşadığını dedi. Fəxrəddin tez-tez mənim yaşadığım evə gəlib, müxtəlif vaxtlarda maddi ehtiyaclarını qarşılamaq üçün qardaşıma pul vermişəm. Fəxrəddin özünün mobil telefonu olmadığından mənə müxtəlif nömrələrdən zəng edərək müxtəlif plastik kart şəkilləri ataraq pul göndərməyimi istəyib. Mən də qardaşıma dəfələrlə həmin kartlar vasitəsi ilə pul göndərmişəm”.
Hüquqi varis qeyd edib ki, sonuncu dəfə qardaşını 28 mart 2022-ci ildə görüb: “Fəxrəddin yaşadığı evə gələrək məndən pul istədi. Həmin vaxt Fəxrəddinə cəmi yeddi manat pul və evdən bir qədər şirniyyat verdim. Fəxrəddinə narkotik vasitə ala bilməməsi üçün belə az məbləğdə pul vermişəm. Fəxrəddin Suraxanı rayonundakı yaşadığı evə gedəcəyini bildirdi. Fəxrəddinin əvvəllər hər hansı şəxslə, o cümlədən adını sonradan bildiyim Ravillə hər hansı mübahisəsinin olmasını eşitməmişəm”.
Qətlə yetirilən şəxsin bacısının sözlərinə görə, hadisə barədə 2 aprel 2022-ci ildə Saşa adı ilə tanıdığı şəxslə “WhatsApp” vasitəsilə əlaqə saxlayarkən məlumat alıb: “Saşa Suraxanı rayonu ərazisində Fəxrəddinlə yaxınlıqda yaşadığı üçün bir neçə dəfə pul istəmək üçün onun n telefonundan istifadə edərək mənə zəng edib. Mən qardaşım Fəxrəddin haqqında məlumat almaq üçün Saşa ilə əlaqə saxladım. Saşa Fəxrəddinin öldürüldüyünü bildirdi”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ravil 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Ravilin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilib.
Fariz Məlikli
Demokrat.az