Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Qərib ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Turanəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Hadisə bu ilin iyunun 2-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində baş verib. Qərib həmin ərazidə yerləşən nömrəsiz fərdi evdə arvadı Turanə ilə aralarında ailə məişət zəminində mübahisə yaranıb. Mübahisə zamanı qəsdən Turanənin baş nahiyəsinə yumruq zərbəsi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Qəribin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qərib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2015-ci ildə Turanə ilə ailə quraraq rəsmi nikaha daxil olub: “Birgə nikahdan iki övladımız var. Buzovna qəsəbəsi, Albalılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdə ailəm ilə birlikdə yaşayıram. İyunun 2-də, saat 17:00-da yaşadığım evdə olarkən arvadım ilə aramızda ailə məişət zəminində mübahisə yarandı.
Mübahisə zamanı Turanə mənə cavab qaytardığına görə əsəbləşdim. Onun başının sol arxa tərəfinə bir yumruq zərbəsi vurdum. Bu zaman Turanə yerə yıxıldı. Sonra yerdən duraraq valideynlərimə qarşı təhqiredici sözlər işlədərək qışqırmağa başladı. Sonradan Turanənin anası yaşadığım evə gələrək hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdi. Hadisə zamanı yaşadığımız evdə heç kim olmayıb”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Turanənin sözlərinə görə, əri Qərib əvvəllər bir neçə dəfə onu döyüb, amma ailəsinin dağılmaması üçün polisə ərizə ilə müraciət etməyib: “İyunun 2-də, saat 17:00-da yaşadığımız evdə olarkən ailə məişət zəminində mübahisəmiz yarandı. Mübahisə zamanı ərimə cavab qaytardım. Bundan əsəbləşən ərim məni döydü. Mən huşumu itirərək yerə yıxıldım. Bir qədər sonra özümə gələrək qışqırmağa başladım. Bu zaman ərim məni qışqırmağa qoymadı. Sonra anama zəng edərək döyülməyim barədə məlumat verdim”.
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Qəribin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az