Toyda döyülən şəxs xəstəxanada öldü

HADİSƏ 18 sentyabr 2024, 09:22
Göygöldə toyda döyülən Ağstafa sakini xəstəxanada ölüb.

Demokrat.az-ın məlumatına görə, həkimlərin tibbi müdaxiləsinə baxmayaraq Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E.Nəbiyev xəstəxanada dünayasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 11-də baş verib. Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisə musiqi sifarişi üstündə baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top