Neftçala rayonunda 1987-ci il təvəllüdlü Vazeh ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Təranəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 16-da Neftçala rayonunun kəndində baş verib.
Vazeh kənddə yerləşən və birlikdə yaşadıqları fərdi yaşayış evinin həyətində arvadı Təranə şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
O, Təranənin bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpiklə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vazeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O bildirib ki, zərərçəkmiş Təranə ilə 2015-ci ildə evlənib:
“Ümumi ailə münasibətlərimizdən 2 uşağımız var. Münasibətlərimizin kəskinləşməsi nəticəsində faktik ayrılmışıq, ümumi təsərrüfat aparmırlıq. Uşaqlar anasının yanında qalırlar. Təranə ilə nikahımın pozulması üçün iddia ilə məhkəməyə müraciət edib, lakin müvafiq mülki iş üzrə hələ ki, yekun məhkəmə aktı çıxarılmayıb. Hazırda aliment ödəmirəm”.
Təqsirləndirilən şəxs həmçinin qeyd edib ki, əvvəllər Təranə ilə ailə münasibətləri normal olub:
“Lakin hadisədən təxminən 1 ay əvvəl qızım Samirə mənə dedi ki, anası hansısa oğlanla telefonda görüntülü danışır. Mən Təranədən bu barədə soruşdum. Təranə and içərək heç kimlə danışmadığını bildirmd. Ona inanaraq 15-20 gün gözlədim”.
Vazehin ifadəsinə görə, 16 fevral 2024-cü ildə, saat 16:30-da Təranənin mobil telefonla hansısa oğlanla yazışdığını görüb və telefonu ondan alaraq məsələ barədə məlumat vermək üçün qardaşı Yavərin yanına getmək istəyib:
“Bu vaxt gördüm ki, qardaşım Yavər özü həyətdəki səs-küyü eşidərək bizim tərəf gəlir. Bu zaman Təranə hər cür cəhdlə telefonu məndən almağa çalışırdı. Təranə məqsədinə çatmaq üçün bir neçə dəfə özünü yerə yıxaraq sürdü və bununla da özü-özünə xəsarətlər yetirdi. Yavər əxlaqsız səs yazılarına qulaq asan zaman Təranə təxminən 20 santı metir enində olan mişar daşı parçasını qapının ağzından götürdü və 2,5 metr məsafədən mənim sağ ayağıma tərəf tulladı. Aldığım zərbədən ayağım sındı. Mənim ayağımı sındırandan sonra Təranə evdən 20 manat pul götürərək getdi. Bu zaman uşaqları da özü ilə birlikdə apardı.
Mən isə Yavərlə birlikdə əvvəl Neftçala, daha sonra isə Salyan xəstəxanasına getdim. Orada ayağıma gips qoyuldu. Məsələni araşdıraraq müəyyən etdim ki, Təranə 8 ildir Nəcməddin adlı şəxslə tanışdır, onunla davamlı şəkildə danışır. Telefonda olan mesajları və səs yazılarını Yavərə göstərdim. Həmin mesajlar və səs yazıları əxlaqsız yazılardan, danışıqlardan ibarətdir. Mən həmçinin müəyyən etdim ki, Təranə Nəcməddinə 8 il ərzində 10 min manat göndərib”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Təranənin sözlərinə görə, 2015-ci ildə Vazeh ilə evlənib və kənddə öz evlərində birlikdə yaşayıblar:
“7 yaşlı Samirə və 6 yaşlı Südabə adlı qızlarımız var. Ərim Vazeh təbiətcə kobud və söyüşkən adamdır. Vazeh dəfələrlə evdə mənimlə heç bir səbəb olmadan mənasız mübahisələr edib, məni nalayiq sözlərlə söyüb. Vazeh məni əvvəllər bir neçə dəfə döysə də, ailəm dağılmasın deyə bu barədə şikayət etməmişəm. Lakin bir neçə dəfə boşanmaq istədiyimi ona demişəm”.
Zərərçəkmiş qeyd edib ki, 16 fevral 2024-cü ildə, saat 16:30-da əri Vazeh evə gəlib:
“Vazhe mənə dedi ki, sənin telefonuna baxmışam, sən “WhatsApp”la kiminləsə yazışırsan, sənin yazışmalarını telefonuma yönləndirmişəm. Doğrudur həmin ərəfələrdə “Tik-tok” sosial şəbəkəsində tanış olduğum Nəcməddin adlı şəxslə dost kimi danışmışam. Baldızım İnarə həmin danışıqları Vazehə göstərib. Lakin mənim Nəcməddinlə danışmaqda heç bir başqa məqsədim olmayıb. Həmin vaxt Vazeh həyətimizdə mənimlə mübahisə edərək sifətimin hər iki tərəfindən bir neçə dəfə şillə ilə vurdu. Həmçinin yumruqla başıma bir neçə dəfə vurdu.
Daha sonra yerə yıxmdı. Yerə yıxıldıqdan sonra isə Vazeh təpiklə qarın, bel, kürək nahiyələrimə, o cümlədən bədənimin müxtəlif yerlərinə bir neçə dəfə vurdu, saçlarımdan tutaraq məni yerdə sürüdü. Yerə yıxılan vaxt Vazeh yenidən mənə təpik atmaq istəyərkən ayağı boşa çıxdı. Bu zaman Vazeh qışqıraraq ayağını tutdu. Həmin vaxt Yavər yanımıza gələrək bizi ayırdı. Mən də uşaqlarını götürərək oradan qaçdım, Neftçala şəhərində anamgilə getdim”.
Zərərçəkmiş deyib ki, hadisə vaxtı Vazehi vurmayıb, ona hər hansı bir vasitə ilə xəsarət yetirməyib:
“Həmçinin evdən hər hansı məbləğdə pul götürməmişəm. Hadisə vaxtı qaynım Yavər gələrək məni Vazehin əlindən aldı. Orada başqa heç kim olmayıb”.
Bu cinayət işinə Neftçala Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vazeh 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə daimi yaşayış yerini hər gün saat 23.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunun inzibati ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az