Nə COP 29-a qədər, nə də ondan sonrakı müddətdə Ermənistnın Azərbaycanla sülh sazişi imzalayacağına inanmıram. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün cənab Prezident tərəfindən səsləndirilən konstitusiya dəyişikliyi Ermənistanda yalnız 2027-ci ilə həyata keçiriləcək.
Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini real olaraq 2027-ci ilə qədər imzalamağı düşünmür:
“Digər tərəfdən hələ 2027-ci ildə Ermənistan hakimiyyətində kimin olacağı, hətta Paşinyanın olacağı təqdirdə belə bu müddətin uzadılmayacağına heç kim zəmanət verə bilməz.Ermənistan tərəfi isə 70 gün ərzində ona təqdim olunan 16 bəndlik şərtlərdən bir neçəsini qəbul edib. Bu isə danışıqlar prosesini dalana dirəyə bilər. Çünki çıxarılan məsələlər böyük ehtimalla Ermənistan konstitusiya dəyişikliyinə, Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası ilə bağlı ola bilər. Yəni Ermənistanın bu sülh sazişi ilə Azərbaycana təqdim etdiyi şərtləri qısaltması o deməkdir ki, Ermənistan sadəcə sülh sazişi istiqamətində görüntü yaradır. Reallıqda isə belə bir sazişi imzalamaq niyyətində deyil. Təbii ki, sülhün əldə olunması şansları mövcuddur. Lakin Ermənistan tərəfi məqsədli şəkildə bu prosesi uzadır. Doğrudur, real olaraq ərazidə baş verənləri müharibə ehtimalı ilə qiymətləndirə bilmərik. Amma Ermənistan tərəfinin əvvəllər olduğu kimi də atəşkəs pozuntuları və digər təxribatları davam edir. Məhdud müddətli miqyaslı lokal toqquşma və ya eskalasiya təhlükəsi daim qalmaqdadır”.
Mehriban Mirzəzadə
Demokrat.az