Paşinyan yenə Rusiyaya meydan oxudu

REGİON 10 sentyabr 2024, 12:18
Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması planlanan sülh müqaviləsi ilə bağlı Ermənistanın mövqeyini təqdim edib.

Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, “İrəvan Dialoqu” beynəlxalq forumunda danışıb.

Paşinyanın iddiasına görə, Ermənistan istənilən vaxt “Sülhün kəsişməsi” layihəsini həyata keçirməyə hazırdır.

“Biz, digər məsələlərlə yanaşı, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırıq. Bu proses bütün tərəfdaşlarımızın təklif etdiyimiz imkandan istifadə etməyə hazır olmaması ilə bağlıdır. Belə təsəvvür yaratmağa cəhd edilir ki, üçtərəfli bəyanat Ermənistan Respublikasında bu kommunikasiyaların təhlükəsizliyinin üçüncü qüvvələr tərəfindən təmin edilməsini nəzərdə tutur, bunun heç bir mənası yoxdur. Reallıqla məşğul olun”, - Paşinyan deyib.

“Noyabrın 9-da verilən bəyanatda Ermənistanın hər hansı ərazisinin başqa ölkənin nəzarətində olması ilə bağlı heç bir müddəa yoxdur”, - deyə Nikol Paşinyan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top