Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın aviasiya sənayesinə, eləcə də əməkdaşlarına qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.
Demokrat.az xəbər verir ki, bu barədə “RBC Ukrayna” məlumat yayıb.
Belə ki, Rusiyanın aviasiya infrastrukturunun fəaliyyətini təmin edən 150-yə yaxın hüquqi və fiziki şəxslərə qarşı məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi Kiyevin Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyini açıqlamışdı.