İki yaşlı uşaq faciəvi şəkildə öldü

KRİMİNAL 30 avqust 2024, 14:00

Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb. 

TƏBİB-dən Demokrat.az-a verilən məlumata görə, hadisə ötən gün saat 15:20 radələrində baş verib.

Sabunçu təcili tibbi yardım stansiyasının ambulatoriyasına hündürlükdən yıxılaraq xəsarət alan azyaşlı gətirilib. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib. Daha sonra təcili tibbi yardım briqadası tərəfindən 15:56-da ağır travmalarla Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Həkimlərin səyinə baxmayaraq, 16:50-də ölüm faktı qeydə alınıb.

Bakupost.az-ın məlumatına görə, azyaşlı 09.04.2022-ci il təvəllüdlü Süleymanov Rövşən Həzi oğludur. Onun yaşadığı mənzilin 3-cü mərtəbəsindən yıxıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 16:30
Top