Qəzzada ölənlərin sayı 40 minə çatdı

DÜNYA 10 avqust 2024, 17:14
2023-cü ilin oktyabr ayından bu yana Qəzza zolağında İsrail qüvvələri tərəfindən öldürülən ərəblərin sayı 39 790 nəfərə çatıb, 92 002 nəfər yaralanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə məlumat Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilib.

Departament qeyd edib ki, son 24 saat ərzində hərbi əməliyyatlar nəticəsində 40 fələstinli ölüb, 140 nəfər yaralanıb.

Qeyd olunan müddət ərzində 91 min 702 nəfər xəsarət alıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 yanvar 2025, 13:19
Top