Ukraynada döyüşmək istəyən azərbaycanlı saxlanıldı

KRİMİNAL 07 avqust 2024, 20:34
Rusiyanın Oryol vilayətində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna silahlı qüvvələrinin tərkibində döyüşmək istəyən azərbaycanlını saxlayıblar.

Demokrat.az lent.az-a istinadla xəbər verir ki, azərbaycanlı Ukraynanın Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb.

Saxlanılan şəxsə qarşı cinayətə hazırlıq və terror təşkilatının fəaliyyətində iştirak maddələri ilə cinayət işi açılıb.

Saxlanılan şəxs 39 yaşlı Oryol sakini, milliyyətcə azərbaycanlı Ramil Əziz oğlu Dəmirovdur. O, Türkiyə üzərindən Ukraynaya getməyi planlaşdırıb.

Məlumata görə, o, Rusiya vətəndaşlığından imtina ərizəsi yazıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top