Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

HƏRBİ 07 avqust 2024, 15:36
Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərlik və hərbi vəziyyətin daha 90 gün, noyabrın 9-na qədər uzadılmasını nəzərdə tutan qanun layihələrini imzalayıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Ukraynanın “Ukrayinska Pravda” nəşri məlumat yayıb.

Qeyd edək ki, sonuncu dəfə dövlət başçısı Ukraynada hərbi vəziyyətin uzadılması, habelə ümumi səfərbərlik müddətinin avqustun 11-dək uzadılması haqqında qanunlar imzalayıb.

Müəyyən edilmiş prosedura əsasən, Prezident müvafiq qanunları imzalamazdan əvvəl Ali Rada hərbi vəziyyətin 90 gün, avqustun 12-dən noyabrın 9-dək uzadılmasını dəstəkləyib.


Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2024, 23:00
Top