Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub. Görüşdə Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi vurğulanıb. Həmçinin ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.
Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Rusiya hazırda Cənubi Qafqazda gedən proseslərə əvvəlki kimi böyük diqqət ayırmır:
“Hazırda Rusiyanı Ukraynadakı müharibə, aktuallaşan İran-İsrail gərginliyi kimi maraqlandıran başqa məsələlər var. Rusiyanın bölgədə maraqları var, təbii ki, amma bütün hallarda Dağlıq Qarabağ münaqişəsi artıq bitib, Rusiyanın Cənubi Qafqaza təsir etmək imkanları zəifləyib. Azərbaycanla bağlı Rusiyanın xüsusi bir narahatlığı yoxdur, çünki Azərbaycan Qərblə Rusiya arasında balansı qoruya bilir, artıq Rusiya buna əmindir. Xüsusilə də Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycanın Qərbə inteqrasiya edəcəyinə dair fikirlər var idi, amma rəsmi Bakı faktiki olaraq iki blok arasında balans siyasətini davam etdirir, bu da Rusiya üçün məqbuldur. Ermənistana gəldikdə isə Azərbaycan onu kifayət qədər çətin vəziyyətə salıb, söhbət sülh müqaviləsi istiqamətindəki danışıqlardan gedir. Ermənistan Azərbaycanın şərtlərini artıq yerinə yetirir. Bu həm də Rusiyanın Azərbaycan üzərindən təzyiq elementləridir. Bunlara nəzərən deyə bilərik ki, Rusiya mövcud vəziyyəti ancaq və ancaq dəstəkləyir. Buna rəğmən indiki məqamda Rusiya tamamilə sülhün əldə edilməsini də istəmir, Ukrayna müharibəsi bitənə qədər sülh danışıqlarının uzanmasını istəyir. Daha sonra yəqin ki, yenidən proseslərə müdaxilə edib nəsə etmək istəyəkdir. Əgər Azərbaycanla Ermənistan arasında sülh olarsa, bu zaman Rusiya təzyiq vasitələrindən istifadə edə bilər. Xüsusilə də Ermənistan ordusu daxilindəki 5-ci kolonu aktivləşdirərək sərhəddə təxribatlar törədə bilər. Sərhəddə baş verən təxribatların pərdəarxasında elə Rusiyanın özü dayanır”.
Törə Zeynallı
Demokrat.az