Bu ölkə parlamenti buraxdı

DÜNYA 06 avqust 2024, 16:14
Banqladeş Prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb. 

Demokrat.az xəbər verir ki, bu barədə müvafiq qərar dövlət başçısının administrasiyasının yaydığı press-relizdə yer alıb.

“Prezidentin silahlı qüvvələrin üç qolunun rəhbərləri, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və tələbələrin  görüşündən sonra qəbul edilən qərara əsasən, milli parlament buraxılıb”, - məlumatda qeyd edilib.

Yeni parlament seçkilərinin dəqiq tarixi hələ açıqlanmayıb.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2024, 14:16
08 sentyabr 2024, 11:10
Top