Azərbaycan və Qırğızıstan nümayəndələri COP29-a hazırlıq tədbirlərini müzakirə ediblər

GÜNDƏM 05 avqust 2024, 20:40
Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top