Şiə Ənsar Allah hərəkatı (husilər) üzvlərinin Amerikaya məxsus MQ-9 Reaper pilotsuz təyyarəsini vurduğunu və Ədən körfəzində “Qroton” gəmisinə ballistik raketlərlə hücum etdiyini bildirib.
Demokrat.az xəbər verir ki, bu barədə aksam.com məlumat yayıb.
“Yəmən Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri Amerikanın MQ-9 pilotsuz təyyarəsini “yer-hava” raketindən istifadə edərək vura bilib”,- məlumatda qeyd edilib.
Hərbi Dəniz Qüvvələri və raket birləşmələri birgə hərbi əməliyyat keçirərək Ədən körfəzində “Qroton” gəmisinə ballistik raketlərlə hücum ediblər”, - Husi silahlı qüvvələrinin nümayəndəsi Yəhya Sarian deyib.
Husi sözçüsünün qeyd etdiyi kimi, gəmi daha əvvəl Ənsar Allah hərəkatı tərəfindən elan edilmiş İsrail limanlarına giriş qadağasını pozduğu üçün atəşə tutulub. MQ-9 pilotsuz təyyarəsi isə husilərin özləri tərəfindən hazırlanmış raketlə vurulub.
Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Ənsar Allah (Husi) hərəkatı daha əvvəl Fələstini dəstəklədiyini və İsraillə əlaqəli istənilən gəmiyə hücum etmək niyyətini açıqlamışdı. Hərəkat digər ölkələri ekipajlarını geri çəkməyə və dənizdə onlara yaxınlaşmamağa çağırır.
Eyni zamanda, husilər regionda üzgüçülük azadlığına və başqa ölkələrin gəmilərinə mane olmadıqlarını bildiriblər.
Mehriban Mirzəzadə
Demokrat.az