Yunanıstanda Qərbi Nil virusundan ölkədə bir həftədə 5 nəfər ölüb.
Demokrat.az xəbər verir ki, bu barədə Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyindən məlumat verilib.
Açıqlamaya görə, virus 2024-cü ildə ölkənin müxtəlif bölgələrində 6 nəfərin ölümünə səbəb olub. Bu ölümlərdən 5-nin son bir həftədə qeydə alındığı bildirilib.
Qərbi Nil virusu ağcaqanadlar vasitəsilə yayılır. Mütəxəssislər tərəfindən edilən xəbərdarlıqlarda ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.
İlk dəfə 1937-ci ildə görülən Qərbi Nil Virusunun xüsusilə yaşlılar və immun sistemi zəif olan insanlar üçün daha riskli olduğu bildirilir.
Əfsanə Rəcəb Demokrat.az

