“Mən hazırda kinomuzda inkişaf görmürəm”.
Bunu 2 avqut Milli Kino Günü ilə bağlı Demokrat.az-a açıqlamasında aktyor Kamran Ağabalayev deyib.
Kamran Ağabalayev bildirib ki, seriallarda çəkilmir və çəkilmək də istəmir:
“Sadəcə olaraq yaxşı rejissorlarımız var ki, dövlət dəstəyi olmadan filmlər çəkirlər və kateqoriyalı festivallarda iştirak edirlər. Başa düşə bilmirəm ki, niyə dövlət Elvin Adıgözəl, Teymur Hacıyev, Teymur Qəmbərov kimi istedadlı rejissorlarımıza dəstək olmur? Onlar Avropa kinosuna sözlərini demiş adamlardır.
Görünən odur ki, hazırda yalnız komediyalar çəkilir, yalnız komediyalara üstünlük verilir. Bunun səbəbini bilmirəm. Yəqin kinoteatrların və tamaşaçıların tələbi budur. Mənə çəkilən heç bir komediya maraqlı deyil. Keyfiyyətli film çəkilsə, yəqin ki, cəmiyyətin marağı komediaya olmaz. Bunu yalnız təcrübədə görə bilərik. Çəkilsin, baxaq bu, cəmiyyətə maraqlıdır ya yox”.
Əfsanə Rəcəb
Demokrat.az