Bu qruplarda keçid balları enə bilər — AÇIQLAMA

GÜNDƏM 31 iyul 2024, 18:12
Ali təhsil müəssisələrinə keçid balların artımı ilə bağlı bəzi proqnozlar var. Amma mən bunu ciddi artım kimi dəyərləndirmirəm. 

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

O bildirib ki, hətta bəzi ixtisaslarda balların enməsi olacaq:

“Bəzi ixtisas qruplarında rəqabət çox olacaqdır. Çünki keçən illə müqayisədə, xüsusilə üçüncü qrup üzrə yüksək bal toplayanların faizləri həddən artıq çoxdur. Bu müəyyən müsabiqə şərtlərində müəyyən məsələlərdə çətinlik yarada bilər.

Düşünürəm ki, digər qruplarda rəqabət ciddi şəkildə olmayacaq. Xüsusilə birinci və dördüncü qrupda.

Yəni bu qruplarda keçid ballarının  qalxmasından söhbət gedə bilməz.  Əgər biz keçən il ilə müqayisə etsək, bu ill yüksək bal toplayanların sayı nəzərəçarpan qədər çox deyil. Mən deyərdim ki, bəlkə də aşağıdır, Çünki nəticələr o qədər də ürəkaçan deyil. Burada müəyyən obyektiv, subyektiv səbəblər var. Hər halda düşünürəm ki,  balların artımı yalnız üçüncü qrupda bir az çətinlik yaradacaqdır. Digər qruplarda isə artım olacağından söz gedə bilməz. Əksinə, bu qruplarda qəbul ballarının enməsi gözlənilir və bu qaçılmazdır”.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top