Qadın turist 15-ci əsrə aid fəvvarəyə çılpaq girdi

DÜNYA 31 iyul 2024, 17:59
İtaliyanın Florensiya şəhərində bir turist qadın 15-ci əsrə aid Piazza Santo Spirito fəvvarəsinə girib və üzməyə başlayıb. 

Demokrat.az
 xəbər verir ki, qadının tarixi abidəyə hörmət etməməsi italyanlar tərəfindən qəribə reaksiya ilə qarşılanıb.

Qadın hovuzun kənarında onu heyrətlə izləyən digər insanları da suya dəvət edib. 

Florensiyada daha bir turist qədim tanrı Bakxın heykəlinin zirvəsinə çıxaraq məşhur sənət əsəri ilə ədəbsiz pozalar vermişdi. 

Son baş verən hadisələr həddindən artıq turizmin tənqidinə səbəb olub. 

Səlahiyyətlilər itaətsiz istirahət edənlərə qarşı "sıfır tolerantlıq" siyasətini qəbul etdiklərini açıqlayıblar. 

Polis rəisi Antonella Ranaldi “Turistlər xoş qarşılanır, lakin onlar bizim abidələrimizə hörmət etməlidirlər”. Mədəni İrs Təşkilatı şəhəri yüksək cərimələr, sərt nəzarət və nizamsız davranışlara sıfır dözümlülük tətbiq edəcək "Sinqapur modeli"ni qəbul etməyə çağırıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top