22 iyul tarixində Avropa İttifaqı Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana 10 milyon avro məbləğində hərbi yardım edilməsi nəzərdə tutulub. Burda məqsəd Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialını gücləndirmək, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Bildirilir ki, dəstək həmçinin Ermənistanın dayanıqlığını artırmaq və ölkənin Aİ tərəfindən yerləşdirilən beynəlxalq hərbi missiya və əməliyyatlarda gələcəkdə mümkün iştirakı halında onun silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımlı bildirib ki, faktiki olaraq, Avropa İttifaqı və ABŞ Ermənistanı gücləndirməklə, Azərbaycana təzyiq etmək və təsir altında saxlamaq istəyirlər:
“Kollektiv Qərbin, həm Avropa İttifaqının, həm də ABŞ-nin əsas niyyəti, əslində, Qafqazda öz maraqlarını təmin etməkdir. Maraqları isə ondan Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq və Ermənistan vasitəsi ilə bölgəyə yerləşməkdən ibarətdir. Bölgəyə yerləşmək üçün bir formada Azərbaycan ilə Ermənistan arasında sülh istəyirlər, lakin bu sülh əslində Azərbaycanın maraqlarından daha çox Ermənistanın maraqlarına uyğundur. Burda əsas məsələ Azərbaycanın Ermənistandan konstitusiyanın funksiyasında və qanunvericilik aktlarında dəyişiklik tələb etməsi ilə əlaqədardır. lik edilsin. Eyni zamanda, Azərbaycan Ermənistana təklif edir ki, birgə ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı müraciət edilsin ki, artıq belə bir formata ehtiyac yoxdur və məsələ öz həllini tapıb. Amma Ermənistan təbii ki, Qərbdən gələn təlimatlar əsasında bu təkliflərə yanaşmır.
Azərbaycanın müstəqil siyasət aparması və yeni reallıqlar yaratması Avropa İttifaqı və ABŞ-ı məmnun etmir. Bununla da Güney Qafqaza tam şəkildə nəzarət etmək üçün Azərbaycanı da təsir altında saxlamaq istəyir. Bu baxımdan Ermənitana yardımları artırmaq və Qarabağ ermənilərinin məsələsi ilə manipulyasiya edərək Azərbaycana təzyiq etmək istəyirlər. Təbii ki, Azərbaycanın bu təzyiqlərə müqavimət gücü var və öz maraqlarına uyğun siyasətini davam etdirəcək.
Ada uyğun olmayan missiya və fəaliyyət təbii ki, narazılıq yaradır. Adını sülh fondu qoymuş bir qurum, Avropa İttifaqı və ABŞ əslində əgər doğrudan da vasitəçi qismində iştirak etmək istəyirlərsə, onda gərək birmənalı şəkildə neytral mövqe tutardı. Yəni Ermənistana ayrılan yardımlardan Azərbaycana da ayrılmalı idi. Amma biz faktiki olaraq işğalşı tərəfə, hansı ki, 30 il onlara gözün üstə qışın var deyilməyib və hansısa təzyiq olunmayıb və yenə də dəstəkləməyə davam edirlər. Hazırda ABŞ Konqresində Ermənistana 65 milyon dollar ayrılması ilə bağlı qərar layihəsi var. Bunlar hamısı Ermənistanı təşviq etməkdir. Bu öz növbəsində ilk olaraq Rusiyadan uzaqlaşma ilə bağlı təklifdir. Təbii ki, ikinci istiqamətdə Azərbaycanla sülh müqaviləsini imzalanması məsələsi var. Orda da yenə Ermənistan vasitəsi ilə prosesin bloklamaq maraqları var. Amerika sülh müqaviləsinin tez bir zamanda imzalanmasını istəyirdi. Bu, Amerikanın özü üçün lazımdır. həm Rusiyanı sıxışdırmaq, həm də seçkilərdə Demokratlar partiyası müəyyən uğur hekayəsi təqdim etmək. Bu da alınmayacağı təqdirdə məsələni bloklayıb Ermənistanı hərbi cəhətdən gücləndirib müəyyən bir balans yaratmaqla Azərbaycana təyiq etmək istəyirlər”.
Əfsanə Rəcəb
Demokrat.az