“Zirə” Slovakiya klubuna, “Sabah” “Makkabi”yə qarşı

İDMAN 25 iyul 2024, 09:50

Azərbaycanı avrokuboklarda təmsil edən “Zirə”, “Sumqayıt” və “Sabah” komandaları bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyunlarına çıxacaqlar.

Demokrat.az xəbər verir ki, hər üç komandamız ilk görüşünü eyni gündə keçirəcək.

Günün ilk oyununda “Sumqayıt” Macarıstan təmsilçisi “Fehervar”ı qəbul edəcək. Bundan cəmi yarım saat sonra “Zirə” də Slovakiya təmsilçisi “Dunayska Streda” ilə görüşə start verəcək.

Bu iki komandadan fərqli, “Sabah” İsrailin “Makkabi” (Hayfa) kollektivi ilə ilk görüşünə Macarıstanda çıxacaq.

Xatırladaq ki, bu mərhələnin cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq.

Konfrans Liqası
2-ci təsnifat mərhələsi
25 iyul

20:00. “Sumqayıt” – “Fehervar” (Macarıstan)
Hakimlər: Florian Lata, Culio Mani, Rejdi Zaimi, Kresnik Cyapi (Albaniya)
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu

20:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya)
Hakimlər: İvo Torres, Rafael Morim, Dani Dias Balsa, Jasmin Sabotiç (Lüksemburq)
Bakı, “Liv Bona Dea Arena”

21:15. “Makkabi” (Hayfa, İsrail) – “Sabah”
Hakimlər: Natan Verbumen, Matias Hillaert, Ruben Vins, Uesli De Kremer (Belçika)
Kişvarda, “Kişvarda” stadionu

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 oktyabr 2024, 11:20
09 oktyabr 2024, 10:55
Top