Türkiyədə məktəbə silahlı hücum edildi: 4 şagird yaralandı — VİDEO (YENİLƏNİB)

DÜNYA 22 sentyabr 2026, 10:06
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında naməlum şəxsin silahla atəş açması nəticəsində 4 şagird yaralanıb, hadisə yerinə çoxsaylı polis və tibb briqadaları göndərilib.

Demokrat.az
xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində baş verib. İlkin məlumatlara görə, şübhəli şəxs hələlik məlum olmayan səbəbdən məktəbin qarşısında silahla ətrafa atəş açıb. Hücum zamanı şagirdlərin yaralanması barədə 112 Təcili Yardım Mərkəzinə məlumat verilib.

Məlumatdan sonra hadisə yerinə çoxsaylı hüquq-mühafizə və tibb briqadaları yönləndirilib. Əraziyə çatan qruplar hazırda müdaxilə edir və hadisə yerində araşdırma aparırlar.



***
09:47

Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib. 

Demokrat.az
xəbər verir ki, hadisə nəticəsində şagirdlərin yaralandığı bildirilir.

Hadisə Niyazi Üzmez Anadolu Texniki Liseyinin qarşısında törədilib. NTV-nin bölgə müxbiri Merih Akının hadisə yerindən əldə etdiyi ilkin məlumatlara görə, dörd şagirdin yaralandığını bildirib.

Merih Akın hücumdan sonra hadisə yerinə çox sayda polis və tibbi yardım briqadasının göndərildiyini qeyd edib.

Silahlı hücumdan sonra məktəbin qarşısında insanların toplaşmağa başladığı bildirilib.

Hadisə ilə bağlı yeni məlumatların yaxın zamanda açıqlanacağı gözlənilir.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

22 sentyabr 2026, 09:33
Top