Qalmaqallı direktor işdən çıxarıldı

HADİSƏ 24 iyul 2024, 18:33
Bakının Xətai rayonunda fəaliyyət göstərən 25 nömrəli tam orta məktəbin keçmiş direktoru Fəridə Şərifova Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyini məhkəməyə verib.

Demokrat.az xəbər verir ki, keçmiş direktorun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əməkhaqqının ödənilməsi ilə bağlıdır.

Fəridə Şərifovanın iddiasına Nərimanov Rayon Məhkəməsində baxılacaq. Ramin Quliyev iş üzrə hakim təyin edilib.

Fəridə Şərifova 2022-ci ildə direktoru olduğu məktəbdə qanunsuz əməllərə yol verməsi iddiaları ilə gündəmə gəlmişdi.

Bundan sonra onun işdən çıxarıldığı deyilir. (Qaynarinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top