Bolqarıstanla əməkdaşlıq üzrə Müştərək Komissiyanın tərkibi barədə sərəncamda dəyişiklik edildi

XARİCİ SİYASƏT 22 iyul 2024, 15:55
Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Demokrat.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 203 (Cild I) adında və 1-ci hissəsinin birinci abzasında "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək" sözləri "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan−Bolqarıstan Hökumətlərarası" sözləri ilə əvəz edilib.

Xarici İşlər Nazirliyi bu sərəncamda edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top