Trampın seçki vədi: Ölkə tarixindəki ən böyük deportasiya əməliyyatı

DÜNYA 19 iyul 2024, 23:19
ABŞ-ın keçmiş prezidenti və noyabr seçkilərində prezidentliyə namizəd Donald Tramp qarşılaşdığı sui-qəsddən sonra ABŞ-ın Milwaukee şəhərində keçirilən konqresdə çıxış edib.

Demokrat.az
xəbər verir ki, Tramp 91 dəqiqəlik çıxışına iyulun 13-də hücum zamanı yaşadıqlarını danışmaqla başlayıb.

Tramp “Əgər prezident seçilsəm, ölkəmiz tarixində ən böyük deportasiya əməliyyatını həyata keçirəcəm” deyib.

“Birlikdə bütün irqlərdən, dinlərdən, rənglərdən və inanclardan olan vətəndaşlar üçün yeni təhlükəsizlik, rifah və azadlıq dövrünü açacağıq. Amerikanın yarısı üçün deyil, bütün Amerika üçün prezident olmağa namizədəm, çünki Amerikanın yarısı üçün qazanılacaq qələbə yoxdur” sözləri ilə birlik və həmrəylik mesajı verən Tramp, “immiqrantlar”məsələsinə toxunub. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top