“Tovuz döyüşləri Azərbaycanın geosiyasi üstünlüyünü ortaya qoydu” — Ədalət Verdiyev

GÜNDƏM 12 iyul 2024, 20:50
“Tovuz döyüşləri Azərbaycanın hərb tarixinin zəfər döyüşlərindən biridir. Bu döyüşlər onu göstərdi ki, Azərbaycan ordusu düşmənin istənilən təxribatının qarşısını istənilən vaxtda almağa qadirdir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O vurğulayıb ki, Tovuz döyüşləri zamanı düşmənin çox sayda hərbi obyekti və onlarla canlı qüvvəsi məhv edildi: 

“Düşmən şəxsi heyəti öz mövqelərini qoyub geri çəkilməyə məcbur oldu. Yüzlərlə yaralısı olan düşmən itkilərdən dərin şok keçirdi. Bu döyüşlərin nəticəsində Azərbaycan bir daha dünyaya sübut etdi ki, güclü Ermənistan ordusu barədə miflər darmadağın edilib və Azərbaycan işğalçı dövləti istənilən vaxt istənilən coğrafiyada cəzalandırmağa, öz ərazilərini azad etməyə tam hazırdır. Tovuz döyüşləri Azərbaycanın hərbi qələbəsi ilə yanaşı dövlətimizin geosiyasi üstünlüyünü ortaya qoydu. Tovuz döyüşləri böyük zəfərə aparan yolun ilk addımlarından biri kimi düşməyə qarşı dövlət-xalq-ordu birliyinin fundamental əsaslarını təmin edən faktor kimi dəyərləndirilməlidir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top