Aşura mərasimi hansı məscidlərdə keçiriləcək? — AÇIQLAMA

GÜNDƏM 11 iyul 2024, 20:41

"Aşura günü paytaxtda fəaliyyət göstərən bütün ibadət evlərində (məscidlərdə) mərasimlər keçiriləcək".

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin dekanı, ilahiyyatçı alim hacı Fuad Nurullayev deyib.

O bildirib ki, regionların da əksəriyyətində Aşura mərasimi hər il keçirilir:

"Regionda yerləşən ibadət evlərində də sakinlər qaydalara uyğun olaraq Kərbəla şəhidlərinin əziz xatirəsini yad edəcəklər".

Qeyd edək ki, hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatıb, yeni 1446-cı ilin başlanğıcı - məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə təsadüf edib. Aşura günü isə iyul ayının 16-da olacaq.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top