TDT liderlərinin Şuşadakı sammitinin tarixi mənası var — Nazir

XARİCİ SİYASƏT 08 iyul 2024, 12:25
Şuşada Türk Dövlətləri Təşkilatı (TDT) liderləri sammitinin keçirilməsinin tarixi mənası var.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın prioritet məsələlərindən biri TDT çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il TDT-nin qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi təklifi irəli sürüldü. Üçüncü belə Zirvə Şuşada baş tutdu. Torpaqlar azad ediləndən sonra Şuşada əlamətdar tədbirlər keçirilib. Ancaq beynəlxalq səviyyədə, sammit şəklində TDT liderlərinin görüşünün tarixi mənası var. Biz bundan qürur hissi duyuruq", - C.Bayramov vurğulayıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 oktyabr 2024, 12:57
06 oktyabr 2024, 09:30
Top