Çin təhlükəli ölkələr siyahsına əlavə edilə bilər

DÜNYA 07 iyl 2024, 18:30
NATO-nun iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinin gündəliyinə bu yaxınlarda Çinin “təhlükəli ölkələr siyahısı”na salınması da daxildir. 

Demokrat.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.Məqaləyə görə, yekun kommünikedə NATO Çini Ukraynada hərbi əməliyyatların aparılmasında Rusiyaya dəstək verdiyinə görə qınayacaq.

Çinin ikili məqsəd daşıyan tədqiqat gəmilərinin ölkə haqqında məlumat topladığını görən Kanada, NATO üzvləri arasında Çinə münasibəti ən çox dəyişən ölkədir.

Xatırladaq ki, NATO-nun baş katibi Yens Stoltenberq iyunun sonunda bildirib ki, Çin Rusiyanı dəstəkləməklə yanaşı, eyni zamanda Qərblə iqtisadi əlaqələri saxlamaq istəyir, lakin Pekin “hər iki kürsüdə” otura bilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top