Əsədin müşaviri vəfat etdi

DÜNYA 06 iyul 2024, 19:19
Dəməşq şəhərinə gedən yollardan birində yol qəzası keçirərək reanimasiyaya aparılan Bəşər Əsədin müşaviri Luna Əl Şibl dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikası Rəyasət Heyətindən açıqlama verilib. 

Açıqlamada “Prezidentin müşaviri Luna Əl-Şiblin bu gün ağır yol qəzası nəticəsində dünyasını dəyişdiyini təəssüflə bildiririk” deyilib.

Qeyd edək ki, Luna Əl Şibl çərşənbə axşamı, iyulun 2-də Dəməşqdə yol qəzası keçirmişdi. “The Syrian Observer” xəbər saytı iyulun 4-də qəzanın əslində sui-qəsd ola biləcəyi sualını qaldırmışdı. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top