Yayın əvəzolunmaz qidası — Yaxşı qarpız necə seçilir?

GÜNDƏM 05 iyl 2024, 13:01
Qarpız mövsümü yaxınlaşır. Yayın əvəzolunmaz qidası olan qarpızdan zəhərlənmələr də tez-tez baş verir. Hansı qarpızı alaq ki, zəhərlənməyək?

Azad İstehlakçıar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, yaxşı qarpız çəkisi az olandır: 



“Azad İstehlakçılar Birliyində olan xüsusi cihazla biz hər il qarpızların tərkibindəki nitrat miqdarını yoxlayırıq. Qarpızların tərkibində olan nitrat miqdarı getdikcə azalır, bununla belə qarpız və yemişdə nitrat hər zaman normadan çox olur. Qarpız alarkən fikir vermək lazımdır ki, çəkisi beş kiloqramdan artıq olmasın. Belə qarpızın tərkibində, deməli, nitrat miqdarı azdır, kəsəndə al qırmızı rəngdə olur, qabığının qalınlığı yarım santimetrdən artıq olmur, bıçaq dəyəndə partlayır, adətən. Lakin nitratlı qarpız çəhrayı rəngdə və daha şirin olur, içində ağ zolaqlar, çəkisi isə 8-10 kiloqram olur. Yəni belə qarpızlara çox gübrə verilib. Gübrələrin qiyməti artdığına görə fermerlər çalışırlar ki, nitratsız məhsul əldə etsinlər. Qarpız və yemiş elə bitkidir ki, yonca əkilmiş yerə onu əksən, növbəti il onun tərkibində nitratlar əmələ gələcək, gübrə verilməsə belə. Qarpız mövsümü, əsasən, iyulun ortalarından sonradır. Sentyabra qədər qarpız yemək olar”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top