Bu elektromobillər qadağan edilir — Milli təhlükəsizlik məsələsidir

AVTO 28 iyn 2024, 14:44
ABŞ-də milli təhlükəsizliyə görə, Çin istehalı olan elektrik avtomobillərinə qadağa qoyula bilər.  

Demokrat.az Avtosfer.az-a istinadən xəbər verir ki, müvafiq qərar 2024-cü ilin sonuna kimi qüvvəyə minə bilər. Bu barədə ABŞ-nin ticarət naziri Gina Raimondo Nümayəndələr Palatasında keçirilən dinləmələrdə deyib.

O, bildirib ki, ABŞ-də Çin istehsalı olan elektrik avtomobillərinin istifadəsini ya qadağan etmək lazımdır, ya da ki, süni intellektə malik avtomobillərdə məlumatların proqram təminatı tənzimlənməlidir. 

Raimond əlavə edib ki, Çin höküməti artıq Amerika istehsalı olan elektrik avtomobillərinə məhdudiyyət qoyub, məsələn “Tesla”ya: “Sözügedən avtomobil Çində hərbi bazalara, xəstəxanalara və ya hava limanlarının yaxınlığına sürülməməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top