"Karantin rejiminin uzadılması milli mənafeyimiz üçündür” — Deputat

GÜNDƏM 25 iyun 2024, 16:32
Xəbər verdiyimiz kimi, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb. Karantin rejiminin uzadılması cəmiyyətdə narazılığa səbəb olub. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, karantin rejiminin uzadılması  ümummilli mənafeyimiz üçündür.  

Rüfət Quliyevin sözlərinə görə, son bir ayın nəticələri bu qərarın düzgün olduğunu göstərdi: 

“Son bir ayda qonşu ölkələrdə, Gürcüstanda, İranda, Dağıstanda baş verən xoşagəlməz hadisələr onu göstərir ki, Azərbaycan hakimiyyəti qərarı çox ətraflı formada düşünüb, milli maraqlar və milli təhlükəsizlik naminə bu siyasəti həyata keçirir. Əgər kimsə karantin rejiminin niyə bu formada uzadılması ilə maraqlanırsa, TV və ya "Youtube"da açıb sərhəddə olan son məsələlərə baxsınlar. Orada gedən problemlər, bunların özü elə bir misaldır. Bundan başqa, başa düşürəm ki, sərhədboyu insanlar yaşayır, hansı ki, xırda alverləri, kiçik turizmləri vardı. Biz bunu dəfələrlə müzakirə etmişik. Bu suallara cavab almaq üçün qonşu ölkələrdə bir həftə, 10 gün ərzində baş verən hadisələrə baxmaq kifayətdir. O zaman suallarına cavab tapacaqlar. Bundan başqa, ölkədə  karantin rejimi ilə bağlı böyük heç bir qadağa yoxdur. Məclislər keçirilir, insanlar istədikləri formada istirahət edirlər”. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top