Evinə kosmosdan dağıntılar düşən ailə NASA-dan təzminat istədi

DÜNYA 24 iyun 2024, 18:26
ABŞ-da evlərinin üzərinə kosmosdan dağıntılar düşən ailə NASA-dan 80 min dollardan çox təzminat tələb edib.

Demokrat.az xəbər verir ki, Florida ştatında yaşayan ailə kosmosdan düşən kiçik parçanın evlərinin damına zərər verdiyini bildirib. 

Cəmi 700 qram ağırlığında olan əşya damda deşik yaradıb.

NASA daha sonra bunun 2021-ci ildə Beynəlxalq Kosmik Stansiyadan tullantı kimi atılan bitmiş batareyaların yük paletinin bir hissəsi olduğunu təsdiqləyib.

ABŞ Kosmik Agentliyi bildirib ki, Yer kürəsinə düşməzdən əvvəl tamamilə parçalanmaq əvəzinə, atmosferə yenidən daxil olan hissə toxunulmaz qalıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top