Canavar hücumuna məruz qalan şəxs 54 il sonra ilk dəfə əməliyyat olundu

MARAQLI 24 iyn 2024, 11:21
Çində uşaqikən canavarın hücumuna məruz qalan 65 yaşlı Vu Xiuyou 54 ildən sonra ilk dəfə əməliyyat olunub. 

Demokrat.az xəbər verir ki, hücumdan sonra qatı yemək yeyə bilməyən Xiuyou illər sonra ilk dəfə ağız və dodaqlara sahib olacaq.

Qurd hücumu nəticəsində Xiuyounun ağzı və çənəsi parçalanıb. Həmin gündən Xiuyou məktəbə gedə bilməyib, işə düzələ bilmir və hələ də subaydır.

Üz transplantasiyası əməliyyatı keçirən Xiuyounun əməliyyatına 20 həkim qatılıb. Uğurla tamamlanan əməliyyatda Xiuyounun ağzında və çənəsində böyük düzəlişlər edilib.

Xiuyou üzünü tamamlamaq üçün 6 ay sonra yeni əməliyyat keçirəcək.

Əməliyyatdan məsul olan baş həkim Dr. Çen Fei vəziyyətlə bağlı belə məlumat verib: 

“Xəstənin ağzı tamamilə yoxdur, çənəsi əyridir. Bu, son 15 ildə keçirdiyim ən çətin əməliyyat olacaq. Əməliyyat sayəsində yuxarı və aşağı dodaqlarla birlikdə itirilmiş üz əzələlərini bərpa edəcəyik. Ayaqlarından 2 əzələ parçasını götürüb üzünə yerləşdirib üzün formasına uyğun forma verəcəyik. Bu arada, bir çox sinir və damar tənzimləmələri tələb olunacaq".

Əfsanə Rəcəb
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top