Müğənni Nadir Qafarzadə"Zaurla Günaydın" verilişində qonaq olub.
Axşam.az xəbər verir ki, proqram zamanı anasından danışan sənətçigöz yaşlarını saxlaya bilməyib. O, imkansızlıqdan anasının istədiyi dərmanı ala bilmədiyini qeyd edib:
"Anam xəstə idi. O zamanlar da efirdən bir dərmanı reklam edirdilər. Həmin ərəfədə kanallar da az idi. Bir günanam mənə dedi ki, "Bu dərmanı mənim üçünal, sağalacağam". Amma imkanım çatmadı ki, anama o dərmanı alım".
Göz yaşlarına qərq olan Nadir bu sözlərdən sonra studiyanı tərk edib.
Həmin görüntüləri təqdim edirik:

