Pakistan genişmiqyaslı antiterror kampaniyasına başladığını elan edib

DÜNYA 22 iyun 2024, 23:41

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin genişmiqyaslı antiterror kampaniyasının başlatdığını təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Azm-e-İstehkam (Qətiyyətlilik və sabitlik) əməliyyatına başlamaqla yenilənmiş və gücləndirilmiş milli antiterror kampaniyasını təsdiqləyib”, - məlumatda deyilir

Bildirilib ki, bu əməliyyat müxtəlif antiterror proqramlarını vahid nəzarət və koordinasiya altına almağa imkan verəcək.

Ekstremistlərə qarşı mübarizədə qonşu ölkələrlə koordinasiya üçün diplomatik səylər gücləndiriləcək.

Müntəzəm olaraq antiterror əməliyyatları keçirən hərbi qulluqçular bütün hüquq-mühafizə orqanlarının tam dəstəyini alacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 sentyabr 2024, 16:06
Top