"Azərbaycanfilm"a direktor əvəzi təyin edildi

MƏDƏNİYYƏT 21 iyun 2024, 16:57
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor müavini təyin olunub.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Bu vəzifəyə İttifaqın üzvü, Əməkdar mədəniyyət işçisi, kino prodüseri Azər Quliyev gətirilib.

Ona həmçinin "Azərbaycanfilm" kinostudiyasının direktorunun vəzifəsini icra etmək də həvalə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top