Sükan arxasında infarkt keçirdi — Avtomobillər toqquşdu

HADİSƏ 21 iyun 2024, 14:57
Tovuz rayonunda yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, rayon sakini 1956-cı il təvəllüdlü Nikolay Cəfərovun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisə zamanı avtomobillərə çox ciddi zərər dəyməsə də, N.Cəfərov vəfat edib.

Məlum olub ki, o, sükan arxasında infarkt keçirərək vəfat edib. Qəza da bu səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top