Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

SOSİAL 19 iyun 2024, 16:30
İyunun 19-u axşamdan başlayaraq 20 və 21-də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı  və narıncı xəbərdarlıq edilib.

Sinoptiklərin məlumatına görə, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Salyan, Ordubad, Culfa, Beyləqan, Yevlax,  Bərdə, Tərtər, Ağdam,  Ağdərə,  Ağcabədi, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala,  Tovuz,  Samux,  Göyçay, Ağstafa,  Gədəbəy, Daşkəsən,  Ağdaş rayonlarında  sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/s olacaq. 
 
Goranboy, Naftalan,  Gəncə,  Göygöl,  Mingəçevir, Şəmkir, Neftçala rayonlarında  isə narıncı xəbərdarlığa  uyğun olaraq   küləyin sürəti 20.8-28.4 m/s təşkil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top