Jurnalist övladları da məzun oldular — FOTOLAR

MEDİA 14 iyn 2024, 13:08
Bu gün 2023-2024-cü tədris ilində orta məktəblərdə təhsil alan 1 706 935 şagirddən 102 120 nəfəri XI sinfi başa vurub.

Məktəblərin “Son zəng”lə yola saldığı məzunlar arasında bəzi jurnalistlərin övladları da var.

Modern.az saytı ənənəyə sadiq qalaraq, məzun olan jurnalist övladlarını media cemeəsinin diqqətinə çatdırır.



"Media Türk" TV-nin baş redaktoru Səidə Bəkirqızı bu gün övladının məzun olmasına sevinən jurnalist həmkarlarımız sırasındadır. Onun qızı Əfsanə Bayramova Sumqayıt şəhərindəki 39 nömrəli tam orta məktəbi bitirir. Əfsanə ali məktəb imtahanlarının III ixtisas qrupuna sənəd verib.
 


“Yenisabah.az” saytının rəhbəri Elnur Məmmədli ilə APA-nın redaktoru Nigar Məmmədli cütlüyünün qızı Nuray orta məktəblə vidalaşıb. Ali məktəbə imtahan verən Nuray indi tələbə olmağa hazırlaşır.



“Report” İnformasiya Agentliyinin redaktoru Araz Zeynalovun ikinci övladı bu il məzun olur. Jurnalistin qızı Röya Zeynallı buraxılış və qəbul imtahanlarında yüksək bal toplayaraq valideynlərini sevindirib.



Tanınmış jurnalist Elman Cəfərli qızının orta məktəbdən məzun olmasının sevincini bölüşüb:
“Ayan orta məktəbdən məzun oldu. Ali məktəbə qəbul imtahanlarında da uğurlu nəticə göstərib (592 bal). Tanrıdan bütün balalara bol şans, gözəl bəxt arzu edirəm”.



“Report” İnformasiya Agentliyinin baş redaktor müavini Emil Quliyev də bu gün məzun atası kimi sevinən jurnalistlərdəndir. Həmkarımızın qızı Sara orta məktəblə vidalaşaraq, ali məktəbə daxil olmağa hazırlaşır.



“Mia.az” saytının rəhbəri Fazil Əhmədin oğlu Fərid Əhmədov orta məktəbdən məzun olur. Həmkarımızın övladı təhsilini qardaş Türkiyədə davam etdirməyə qərar verib. Bunun üçün mayın 18-də YÖS imtahanlarında iştirak edib və hazırda cavabları gözləyir.
 


"Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədlinin qızı üçün də bu gün "Son zəng" çalınıb.



Jurnalist İradə Cəlilova oğlunun məzun olmasının sevinicini sosial şəbəkədə bölüşüb. Həmkarımızın övladı Heydərəli Əlizadə üçün 212 nömrəli məktəbdə “Son zəng” çalınıb.



Naxçıvanda nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimovanın qızı Ceyran Şərur rayon Dərəkənd kənd tam orta məktəbindən məzun olub.
“Hər zaman başımı uca edən qızım Ceyranı, həmçinin bu gün məzun olan doğma kəndimin xanım-xatun gül balalarını – Gülay, Zilan, Familəni təbrik edirəm! Yolunuz daim açıq olsun!”, - deyə baş redaktor sevincini belə ifadə edib.



“Pressklub.az” saytının əməkdaşı Elçin Rüstəmlinin qızı Aysu “Son zəng”in sədaları ilə məktəbi bitirib, builki buraxılış və qəbul imtahanlarında yüksək nəticə əldə edib və ali məktəbin bir addımlığındadır.
"Bu gün Aysu Bakı Dövlət Universitetinin nəzdindəki Gənc İstedadlar Liseyindən lisey birincisi olaraq məzun oldu. Aysu ilə bərabər bütün məzunlarımızı ürəkdən təbrik edir, həyatın yeni mərhələsində bol-bol uğurlar arzulayıram", - E.Rüstəmli deyib.



“Avtosfer.az” saytının bar redaktoru Elməddin Muradlı və jurnalist Xəyalə Muradlı cütlüyünün oğlu Turqut da valideynlərini “Son zəng”lə sevindirib. “Turquta tələbəlik həyatı arzulayırıq!", - deyə onun jurnalist valideynləri bildirib.



"Xalq qəzeti"nin müxbiri Səxavət Həmid qızının məzun olma sevincini bu sözlərlə ifadə edib: "Ìllər bir göz qırpımında keçdi və mənim gözəllər gözəli qızım Sara da məzun adını qazandı. Övladımın timsalında bu gün məzun olan bütün balaları ürəkdən təbrik edir, onlara həyatın enişli-yoxuşlu yollarında büdrəməməyi arzulayıram!".



“Missiya.az” saytının baş redaktoru Nicat Dağların oğlu Mirsamir orta məktəblə vidalaşıb. Mirsamirin hədəfi ali məktəb tələbəsi olmaqdır.



QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadənin qızı Günel bu gün orta məktəblə həmişəlik sağollaşıb, ali məktəbə qəbul olunmağa hazırlaşır.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet resursu olan DOST TV-nin əməkdaşı Rumiyyə Miraslan oğlunun bugünkü məzun günündə iştirak edib. Həmkarımız hissələrini belə ifadə edib:
“11 il əvvəl bu qıvırcıq oğlanın əlindən tutub məktəbə aparmışdım. Bu gün isə o, mənim əlimdən tutub öz məzun gününə apardı. 11 il bir göz qırpımında keçdi desəm, yalan olar. Çox çətinliklərimiz oldu, amma çox şükür ki, bütün çətinliklər, problemlər geridə qaldı. Gələcək daha gözəl gələcək inşAllah balalarımız üçün. Daha aydın sabahlar, dərd-sərsiz, problemsiz, xəstəliksiz, savaşsız, qan-qadasız həyat yaşamaq arzusu ilə, bu il məzun olan bütün balaları təbrik edirəm!”.



"Dia.az" saytının rəhbəri Məhəmməd Ərsoy bildirib ki, onun oğlu Sevindik orta məktəbi bitirən məzunlar sırasındadır.



Jurnalist Sevinc Mürvətqızı məzun anası kimi sevincini belə bölüşüb: "Gözümün nuru, ağıllı qızım Sara 116 nömrəli məktəbdən bu gün məzun oldu, bütün balaların yolu açıq, bəxtləri gözəl, taleləri işıqlı olsun!".


Azad Azərbaycan Televiziyasının İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru Anar Şükürovun qızı Günay da məzun adını daşıyacaq.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətinin rəhbəri Natiq Axundovun da övladı orta məktəbi başa vurub. “Övladım da daxil olmaqla məktəbi bitirən bütün məzunları "Son zəng" münasibətilə səmimi qəlbdən təbrik edirəm!”, - deyə mətbuat katibi məzunları təbrik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top