Azərbaycan COP29-la bağlı hərtərəfli fəaliyyət planını Almaniyada təqdim etdi — FOTO

COP29 12 iyun 2024, 17:35
Azərbaycan iyunun 12-də Almaniyanın Bonn şəhərində İqlim Konfransı çərçivəsində COP29-a Sədrliyin Fəaliyyət Gündəliyinə daxil olan təşəbbüslərinin təqdimatını keçirib.
 
Demokrat.az Report-a istinadən xəbər verir ki, açılış nitqi ilə çıxış edən Baş danışıqçı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev son həftə keçirilən COP29 Sədrliyinin strategiyası üzrə qeyri-rəsmi məsləhətləşmələrdə iştiraklarına görə nümayəndələrə təşəkkür edib.
 
O, COP29 Sədrlik təşəbbüslərinin məqsədinin iqlimlə bağlı fəaliyyətləri inkişaf etdirmək və vətəndaş fəallığını təşviq etmək olduğunu bildirib.
 
Y.Rəfiyev qeyd edib ki, COP29-un Sədrlik təşəbbüsləri rəsmi danışıqlardan kənarda "yaşıl dünya" üçün əsl həmrəyliyi gücləndirir.
 
“Builki sədrlik təşəbbüsləri əvvəllər başlamış təşəbbüslərin dəyərli mirasına əsaslanır. Sədrlik ümumi məqsədlərimiz naminə bütün səyləri səfərbər etmək üçün təşəbbüslər və maraqlı tərəflər arasında uyğunluq və sinerji yaratmağı hədəfləyir”, - o deyib.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top