Bank kartından pul oğurlayan şəxs tutuldu

HADİSƏ 12 iyun 2024, 12:07
Yevlaxda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Demokrat.az-a bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinə vətəndaşa məxsus kart hesabından 905 manat pulun oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şahmar Nərimanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top