Slovakiyanın Baş naziri sui-qəsddən sonra ilk açıqlamasını verib

DÜNYA 05 iyn 2024, 21:25
Slovakiyanın Baş naziri Robert Fitso mayın 15-də Qandlova şəhərində hökumətin iclasının ardından törədilmiş sui-qəsd cəhdindən sonra ilk şərhini verib.

“Report” xəbər verir ki, onun videomüraciəti özünün feysbuk səhifəsində paylaşılıb.

Slovakiya hökumətinin başçısı bildirib ki, ona sui-qəsd cəhdi edən Yuray Tsintula qarşı nifrət hiss etmir. O, iyulun əvvəlinə qədər işinin başına qayıtmağı planlaşdırdığını da qeyd edib.

“Mən onu bağışlayıram və ona nifrət etmirəm... O, sadəcə şər və siyasi nifrətin elçisi olub”, - Baş nazir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 14:29
Top