Günəşdə yeni güclü partlayış baş verib

DÜNYA 01 iyn 2024, 15:07
İyunun 1-də Günəşdə ən yüksək dərəcəli partlayış baş verib.

Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyunun 1-də Moskva vaxtı ilə saat 01:03-də (Bakı vaxtı ilə 02:03 - red.) 17 dəqiqə davam edən "X1.1" partlayışı qeydə alınıb", - deyə institutdan bildirilib.

Qeyd edək ki, mayın 29-da da "X1.4/2B" partlayışı qeydə alınıb və o, 87 dəqiqə davam edib. Bundan sonra elm adamları 31 may - 1 iyun tarixlərində Yer kürəsində maqnit qasırğasının başlaya biləcəyini, lakin onun ifrat xarakter daşımayacağını proqnozlaşdırmışdılar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top