
Tovuzda yeniyetmənin ildırım vurmasının bəzi təfərruatları məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, rayonun Ağdam kənd sakini 2010-cu il təvəllüdlü Səbuhi Abdullayev düzənlik ərazidə mal-qara otaran zaman onu ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb.
***
19:13
Tovuzda bədbəxt hadisə baş verib.
Rayon sakini 2010-cü il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub. Yeniyetmə hadisə yerində ölüb. Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub.