"Neftçi" baş məşqçisi ilə yollarını ayırıb

İDMAN 26 may 2024, 11:44
"Neftçi” klubu baş məşqçisi Miodraq Bojoviç ilə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Monteneqrodan olan mütəxəssisin müqavilənin müddətinin uzadılmaması barədə qərar qəbul olunub.

Klub Bojoviçə gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Miodraq Bojoviç ötən ilin sonunda baş məşqçi təyin olunmuşdu. "Neftçi" Azərbaycan Kubokunun yarımfinalında "Qarabağ"a uduzub (0:4,0:1), Premyer Liqada isə beşinci yeri tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top