Körpə evin ikinci mərtəbəsindən yıxıldı

HADİSƏ 25 may 2024, 22:30

Lənkəranda nəzarətsiz qalan körpə evin pəncərəsindən yıxılıb.

APA-nın verdiyi xəbərə görə, rayonun Siyavar kənd sakini, 2022-ci il təvəllüdlü A.A evin ikinci mərtəbəsində pəncərədən yıxılıb.

A.A Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

İki yaşlı uşağa ilkin tibbi yardım göstərilib, kompüter tomoqrafiyası müayinəsinə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top