BƏƏ Prezidenti mayın 30-da Çinə dövlət səfərinə yola düşəcək

DÜNYA 25 may 2024, 10:13
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan mayın 30-da Çinə dövlət səfəri edəcək.

Demokrat.az xəbər verir ki, bu barədə krallığın WAM xəbər agentliyi məlumat yayıb.

Səfər çərçivəsində BƏƏ prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinlə danışıqlar aparacaq. Agentlik qeyd edib ki, iki ölkə liderləri “ikitərəfli münasibətləri, əməkdaşlığın gücləndirilməsi yollarını, habelə BƏƏ və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın iqtisadi, mədəni və digər sahələrində birgə işi” müzakirə edəcəklər.

Eyni zamanda, Məhamməd bin Zayed Əl Nahyan Çin – Ərəb Əməkdaşlığı Forumunda, həmçinin Pekin və Əbu-Dabi arasında diplomatik əlaqələrin qurulmasının 40-cı ildönümünə həsr olunan tədbirlərdə iştirak edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 23:59
Top