Polşada Rusiya və Belarusla bağlı xüsusi komissiya yaradıldı

DÜNYA 21 may 2024, 18:49
Polşada Rusiya və Belarusun ölkənin daxili işlərinə müdaxiləsi və təhlükəsizliyinə yaratdığı təhdidlərin müəyyən edilməsi üçün dövlət komissiyası yaradılıb.

APA-nın “Wyborcza” qəzetinə istinadən xəbərinə görə, bunu ölkənin Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

O deyib ki, 2004-2024-cü illəri əhatə edən dövrü araşdıracaq işçi qrupuna, həmçinin rəsmi Moskvanın və Minskin Polşada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin fəaliyyətinə təsirlərini də tədqiq etmək tapşırılıb.

Tuskun sözlərinə görə, komissiyada ölkənin güc strukturlarının rəhbərləri təmsil olunacaq. Onun fəaliyyətinə isə şəxsən hökumət rəhbərinin özü nəzarət edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top